Xaçmazda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Xaçmaz rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonu ərazisində 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
19 oktyabr, 20.19
Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
APA-nın xəbərinə görə, oktyabrın 19-da saat 19 radələrində Xaçmaz şəhərinin ərazisində Köhnə Xaçmaz kənd sakini 1988-ci il təvəllüdlü Rafiq Sadıq oğlu Həbibov münaqişə zəminində ov tüfəngi ilə atəş açaraq qohumu şəhər sakini əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Emin Nəcmulla oğlu Cəlilovu öldürüb.
R.Həbibov tutulub, hadisə yerindən qanunsuz saxladığı 1 ədəd “İJ” markalı 7616 N-li ov tüfəngi götürülüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma gedir.