13 İyl 2025
Xaçmaz rayonunun Çarxı kəndində güclü yanğın baş verib.
APA-nın şimal bürosu xəbər verir ki, Kənd sakini Rüstəm Feyziyevə məxsus həyətyanı sahədə ot tayası qəfil alışıb.
Yanğın qısa zamanda genişlənib, tövləyə keçib. Nəticədə ev sahibinə məxsus ot bağlamaları, ev quşları və taxıl yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub. Yanğın məhdudlaşdırılıb, hazırda soyutma işləri görülür.
Faktla bağlı araşdırma aparılır.