• 27 °C
|

Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər həbs edilib

11 Sentyabr 2026
img

Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb.

APA-nın Şimal bürosunun məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası, satışı və saxlanılmasında şübhəli bilinən Elçin Ələskərov, İmran İlyasov, Fərhad Əliyarov, Sərxan Şıxıyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudov saxlanılıblar.

Onlardan ümumilikdə 40 kiloqram çəkidə 67 ədəd narkotik tərkibli kol və 3 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.