• 9 °C
|

Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan FHN əməkdaşı dəfn olunub – FOTO

21 Fevral 2026
img

21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən yük avtomobilinin vurması nəticəsində həlak olan (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı Neftçala rayonunun Şorbaçı kənd sakini, 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu Neftçala rayonunun Şorbaçı kənd qəbristanlığında dəfn edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dəfn mərasimində rayon ictimaiyyəti, FHN-in rəsmiləri – Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Asif Məmmədli və FHN-in Baş yanğın təhlükəsizliyi eksperti Yusif Nəbiyev, FHN-in əməkdaşları, kənd sakinləri, mərhumun qohumları iştirak ediblər.