Yardımlı rayonunda ağacların qanunsuz kəsilməsi faktı qeydə alınıb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Bərcan və Porsova kəndlərinin ərazisində baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis mayoru Məhəmməd Rzayev bildirib ki, faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində prosessual araşdırma aparılır.
Araşdırmanın nəticələrinə əsasən, qanunvericiliyə uyğun hüquqi tədbirlər görüləcək.
***
17:45
Xaçmaz rayonunun Nağı Oba və Kiçik Baraxum kəndləri ərazisində ağacların kəsilməsi faktı aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən xəbərə görə, fakt üzrə Rayon Polis Şöbəsində prosessual araşdırma aparılır.
Araşdırmanın nəticələri ilə bağlı hüquqi tədbirlər görüləcək.