• 23 °C
|

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub – YENİLƏNİB

20 İyun 2025
img

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

APA xəbər verir ki, bu haqda FHN-in Mətbuat Xidməti məlumat verib.

***

23:24

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

APA xəbər verir ki, bu haqda FHN-in Mətbuat Xidməti məlumat verib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.