• 17 °C
|

Yasamalda kişi dəm qazından boğularaq ölüb

1 May 2025
img

Yasamalda kişi dəm qazından boğularaq ölüb.

"Report" xəbər verir ki, hadisə rayonun Akim Abbasov küçəsi ev 7, mənzil 5-də baş verib.

Həmin mənzildə yaşayan Şəhruz Tapdıqov evin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.