
Bakı şəhərinin Yasamal rayonunda qəbirstanlıq ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu haqda APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Əlavə məlumat veriləcək.
***
18:18
Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.
FHN-dən APA-ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
16.17
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbirstanlıq ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.