• 27 °C
|

Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb

2 Sentyabr 2026
img

Yasamal rayonunda10 gün əvvəl skuterdən yıxılan şəxs xəstəxanada ölüb.

APA xəbər verir ki, Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Həsən Xəlilov avqustun 22-də saat 10 radələrində Tbilisi prospektində idarə etdiyi skuterdən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş H.Xəlilov sentyabrın 1-də orada vəfat edib.

Araşdırma aparılır.