• 15 °C
|

Yevlaxda yıxılaraq xəsarət alan 72 yaşlı kişi ölüb

30 Mart 2026
img

Yevlaxda yıxılaraq xəsarət alan 72 yaşlı kişi ölüb.

APA xəbər verir ki, 1954-cü il təvəllüdlü Zeynal Tağıyev martın 1-də rayonun Qoyunbinəsi kəndinin ərazisində ot bağlamalarının üzərindən yıxılıb. Hadisə nəticəsində o, boyun nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

O, martın 28-də Bakıda xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.