• 14 °C
|

Zabux kəndində 1 ton narkotik bitki məhv edilib

27 İyun 2025

Laçında 7046 ədəd çətənə kolu məhv edilib.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zabux kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1 tondan artıq olan 7046 ədəd çətənə kolu yandırılaraq məhv edilib.