• 35 °C
|

Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

31 İyul 2025
img

Zaqatalada maşın piyadanı vuraraq öldürüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muxax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, qadın piyadanı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.