• 26 °C
|

Naxçıvanda 41 dərəcə isti qeydə alınıb – FAKTİKİ HAVA

6 Avqust 2025
img

Avqustun 6-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.

Bu barədə APA-ya ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 36-41 dərəcə isti qeydə alınıb.