• 29 °C
|

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

18 Avqust 2025
img

18-22 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki “Gödəkburun” təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

    "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", MN-dən bildirilib.