• 24 °C
|

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

15 İyun 2026
img

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

MN-dən APA-ya verilən xəbərə görə, başsağlığında deyilir: “Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.
Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.”