• 11 °C
|

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

25 Noyabr 2026
img

Türkiyə Respublikası Milli Müdafiə Universiteti rektorunun müavini Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti tədris gəzintisi proqramı çərçivəsində Azərbaycanda səfərdədir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.

Proqram çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülovla görüşüb. Görüşdə hərbi təhsil sahəsində əməkdaşlıq əlaqələri və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Sonda tərəflər qarşılıqlı hədiyyələr təqdim ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Qənimətlər Parkında və Heydər Əliyev Mərkəzində olub.