• 27 °C
|

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 4 hərbçi xəsarət alıb

6 Avqust 2025
img

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.

Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib.

Onların həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.