
Türkiyə Azərbaycanla hərbi əməkdaşlıq sahəsində əhəmiyyətli irəliləyişə nail olub.
APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler parlamentdə büdcə müzakirələrində bildirib.
Türkiyənin bir çox regionda beynəlxalq təhlükəsizlik,sülhvə sabitliyəəhəmiyyətli töhfələr verdiyini vurğulayan nazir bu çərçivədə Azərbaycanla ikitərəfli əlaqələri daha da dərinləşdirdiklərini qeyd edib.
“Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması çərçivəsindəbiz müdafiə sənayesi, eləcə də kadr hazırlığı, yardım və məsləhət fəaliyyəti sahəsində əməkdaşlıqda əhəmiyyətli irəliləyişə nail olmuşuq və bunu davam etdiririk”, – müdafiə naziri vurğulayıb.