• 21 °C
|

A Seriyası: “İnter” “Bolonya” ilə xalları yarı böldü

16 Yanvar 2025
img

İtaliya A Seriyasında 19-cu turun oyunu çərçivəsində "İnter" "Bolonya"nı qəbul edib.

Oxu.Az xəbər verir ki, Cüzeppe Meatsa stadionunda qalibi müəyyən etmək mümkün olmayıb.

Komandalar hərəyə 2 qol vuraraq meydandan "sülh"lə ayrılıblar – 2:2.

Hazırda aktivindəki 44 xalla çempionatda 2-ci yeri tutan "neradzurri" lider "Napoli"dən 3 xal geri qalsa da, bir oyun az keçirib. "Bolonya" isə 30 xalla yarış cədvəlində 8-ci pillədə qərarlaşıb.