İtaliya A Seriyasında 21-ci turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, gün ərzində beş qarşılaşma olub.
Günün ilk matçında "Fiorentina" və "Torino" qalibi müəyyənləşdirə bilməyiblər – 1:1. Qonaqlar Ali Dembelenin ikinci sarı vərəqə alaraq meydandan qovulması səbəbindən 33-cü dəqiqədən on nəfərlə oynayıblar.
"Kalyari" "Leççe" ilə oyunda öz meydanında məğlub vəziyyətə düşsə də, əzmkarlıq göstərərək böyük hesablı qələbə qazanıb – 4:1. Qonaqlar 73-cü dəqiqədən bir nəfər azlıqda qalıblar.
"Latsio" da səfərdə "Verona"nı 3:0 hesabı ilə məğlub edib.
"Empoli"ni qəbul edən "İnter" 3:1 hesabı ilə qalib gəlməklə lider "Napoli" ilə aralarındakı xal fərqini 3-ə endirib.
A seriyası, 21-ci tur
19 yanvar
"Fiorentina" – "Torino" 1:1
"Parma" – "Venesiya" 1:1
"Kalyari" – "Leççe" 4:1
"Verona" – "Latsio" 0:3
"İnter" – "Empoli" 3:1.