• 8 °C
|

Avropa Liqası: “Beşiktaş”dan inamlı qələbə

22 Yanvar 2025
img

Avropa Liqasının Liqa mərhələsinin VII turunda Türkiyənin "Beşiktaş" klubu doğma meydanında İspaniyanın "Atletik Bilbao" komandasını qəbul edib.

Oxu.Az xəbər verir ki, oyun Türkiyə klubunun tam üstünlüyü ilə keçib. “Qara qartallar” 4 qol vurublar, öz qapılarından isə 1 top buraxıblar. Ev sahiblərinin heyətində Milot Raşitsa dubla imza atıb. Hərəyə bir dəfə də Rafa Silva və Joao Mario fərqləniblər – 4:1.

Avropa Liqası: "Beşiktaş"dan inamlı qələbə

19:30

Bu gün Avropa Liqasının Liqa mərhələsinin VII turunda Türkiyənin "Beşiktaş" klubu doğma meydanında İspaniyanın "Atletik Bilbao" komandasını qəbul edir.

Oxu.Az bildirir ki, Yulian Ueynberqin idarə etdiyi oyun başlayıb.

18:12

Bu gün Avropa Liqasının Liqa mərhələsinin VII turunda Türkiyənin "Beşiktaş" klubu doğma meydanında İspaniyanın "Atletik Bilbao" komandasını qəbul edəcək.

Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunu Oxu.Az portalından canlı olaraq izləyə bilərsiniz.

09:16

Bu gün UEFA Avropa Liqasında daha bir görüş keçiriləcək.

Oxu.Az xəbər verir ki, Liqa mərhələsinin VII turunda “Beşiktaş” doğma meydanda “Atletik Bilbao”nu qəbul edəcək.

Qarşılaşmanı Yulian Ueynberqin başçılıq etdiyi avstriyalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

22 yanvar

UEFA Avropa Liqası

VII tur

Saat 19:30, "Beşiktaş" – "Atletik Bilbao".