• 24 °C
|

Azərbaycan Karate Federasiyasında yeni komitə yaradılıb

28 Yanvar 2025
img

Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində parakarate komitəsi yaradılıb.

Oxu.Az xəbər verir ki, bu barədə AKF-nin bu gün keçirilən ümumi yığıncağında məlumat verilib.

Renat Əliyev komitənin sədri seçilib. Həmçinin Azərbaycan Karate Federasiyasının Hakimləri Komitəsində yeni təyinat olub. Komitəyə Cahangir Babayev gətirilib.