• 21 °C
|

Azərbaycan Premyer Liqası: “Zirə” doğma meydanda minimal hesablı qələbəyə sevindi

18 Yanvar 2025
img

Azərbaycan Premyer Liqasında XIX tur çərçivəsində keçirilən "Zirə" – "Araz-Naxçıvan" görüşü paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Oxu.Az xəbər verir ki, görüşə sürətli hücumlarla başlayan “Zirə” futbolçuları hesabı dördüncü dəqiqədə açıblar. İsmayıl İbrahimli komandasına qələbə qazandıran qolun müəllifi olub.

Qeyd edək ki, turun açılış maçında "Qarabağ" "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.

09:17

Bu gün Azərbaycan Premyer Liqasında XIX turun ikinci oyun günündə iki görüş keçiriləcək.

Oxu.Az xəbər verir ki, “Zirə” “Araz-Naxçıvan”la saat 16:00-da, “Sumqayıt” isə “Səbail”lə saat 18:30-da qarşılaşacaq.

Xatırladaq ki, turun ilk oyununda "Qarabağ" "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. "Kəpəz" "Turan Tovuz"la, "Neftçi" isə "Sabah"la üz-üzə gələcək.