• 27 °C
|

Azərbaycanın U-21 millisi Şimali Makedoniya ilə bacarmadı

25 Mart 2025
img

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

90 dəqiqə ərzində komandaların səyləri nəticəsiz qalıb. Matç 0:0 hesabı ilə yekunlaşıb.

12:54

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün növbəti yoldaşlıq matçını keçirəcək.

Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Şimali Makedoniya yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, U-21 Ayxan Abbasovun rəhbərliyi altında keçirdiyi ilk yoxlama matçında Moldovanı 2:0 hesabı ilə məğlub edib.