2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində altı oyun baş tutub.
Oxu.Az xəbər verir ki, Lixtenşteyn öz meydanında Şimali Makedoniyaya böyük fərqlə uduzub – 0:3.
Norveç səfərdə Moldovanı darmadağın edib. Skandinavlar ev sahiblərinin qapısından 5 cavabsız top keçiriblər – 0:5.
Monteneqro doğma azarkeşləri önündə Cəbəllüttariqdən üstün olub – 3:1.
Çexiya ev matçında Farer adalarını məğlub edib – 2:1. İsrail eyni hesabla Estoniyanın xal qazanmasına imkan verməyib – 2:1.
Uels isə öz meydanında Qazaxıstana qalib gəlib. Britaniyalıların üç qoluna qazaxlar yalnız bir dəqiq zərbə ilə cavab verməyi bacarıblar – 3:1.
Qeyd edək ki, seçmə mərhələnin növbəti oyunları martın 24-ü və 25-də baş tutacaq.