• 14 °C
|

DÇ-2026: Qazaxıstandan rahat qələbə, Çexiyadan darmadağın

26 Mart 2025
img

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa seçmə mərhələsində daha altı oyun baş tutub.

Oxu.Az xəbər verir ki, Moldova millisi ev matçında ikinci hissəni azlıqda keçirən Estoniyaya uduzub. 2 qol vuran moldovanlar qapılarından 3 top çıxarıblar – 2:3.

Qazaxıstan yığması səfərdə Lixtenşteyni məğlub edib. Azərbaycanlı baş məşqçi Əli Əliyevin rəhbərlik etdiyi komanda rəqibin qapısından 2 cavabsız top keçirib – 0:2.

Çexiya millisi daha bir cırtdan dövlətin təmsilçisi – Cəbəllüttariq yığmasının qonağı olub və gözlənildiyi kimi asan qələbə qazanıb – 0:4.

İsrail millisi doğma meydanda Norveçə təslim olub. Skandinavlar 3 xalı 4 qolla qazanıblar – 2:4.

Monteneqro son anda Farer Adalarını minimal hesabla məğlub edib – 1:0. Şimali Makedoniya isə Uelslə bacarmayıb – 1:1. Maraqlıdır ki, hər iki qarşılaşmada qollar əsas vaxta əlavə olunmuş dəqiqələrdə vurulub.

Qeyd edək ki, seçmə mərhələnin növbəti oyunları iyunun 6-da keçiriləcək.