• 5 °C
|

Gənc badmintonçularımız tarixi uğura imza atıblar

27 Yanvar 2025
img

Gənc badmintonçularımız İran İslam Respublikasının Simnan şəhərində keçirilən beynəlxalq turnirdə iki kateqoriya üzrə fərqləniblər.

Oxu.Az xəbər verir ki, Leyla Camalzadə – Həcər Nuriyeva tandemi 19 yaşadək qız badmintonçuların beynəlxalq turnirində qoşa yarışda qızıl medala layiq görülüb.

Mübarizəyə 1/8 finaldan başlayan badmintonçularımız bütün görüşlərini qalib başa vurublar.

Qeyd edək ki, Ülvi Hüseynov – Əmirxan İmanov cütü isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.