• 23 °C
|

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Fulhem”i minimal hesabla məğlub etdi

27 Yanvar 2025
img

İngiltərə Premyer Liqasının 23-cü turunda Londonun "Fulhem" və "Mançester Yunayted" komandalarının qarşılaşdığı matç başa çatıb.

Oxu.Az xəbər verir ki, “Mançester Yunayted” “Fulhem”i 1:0 hesabı ilə məğlub edib.

Matçın yeganə qolunu 78-ci dəqiqədə "Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines vurub – 1:0.

Keçirilən 23 oyundan sonra "Fulhem" 33 xalla Premyer Liqanın turnir cədvəlində 10-cu yerdədir. "Mançester Yunayted" eyni sayda oyundan sonra 29 xalla 12-cidir. Turnir cədvəlinə 53 xalla "Liverpul" başçılıq edir.