• 17 °C
|

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” səfərdə uduzdu

2 Aprel 2025
img

İngiltərə Premyer Liqasının 30-cu turunun oyunları çərçivəsində "Nottingem Forest" – "Mançester Yunayted" oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Matçda yeganə qolu beşinci dəqiqədə Elanqa vurub.

Bu nəticə ilə "Nottingem Forest" xallarını 57-yə çatdıraraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

"Qırmızı şeytanlar" isə 37 xalla 13-cü yerdə qalıblar.