• 7 °C
|

İngiltərə Premyer Liqası: “Nyukasl” ardıcıl 5-ci qələbəsini “Tottenhem” üzərində qazandı

4 Yanvar 2025
img

İngiltərə Premyer Liqasının 20-ci turunda "Tottenhem" və "Nyukasl Yunayted" qarşılaşıblar.

Oxu.Az xəbər verir ki, Londonda baş tutan oyun 1:2 hesabı ilə qonaq “Nyukasl”ın xeyrinə başa çatıb.

Qarşılaşmada hesab artıq dördüncü dəqiqədə açılıb. "Tottenhem"in hücumçusu Dominik Solanke fərqlənib. Altıncı dəqiqədə Entoni Qordon hesabı bərabərləşdirib. 38-ci dəqiqədə isə "Nyukasl Yunayted"in hücumçusu Aleksandr İsak komandasının qələbə qolunu vurub – 1:2.

Hazırda "Tottenhem" 24 xal toplayıb və İngiltərə Premyer Liqasında 11-ci yerdədir. Ardıcıl 5-ci qələbəsini qeyd edən "Nyukasl Yunayted" isə 35 xalla turnir cədvəlində beşinci pillədədir.