• 27 °C
|

İspaniya Kuboku: “Atletiko” yarımfinala 5 qolla çıxdı

5 Fevral 2025
img

İspaniya Kral Kubokunda 1/4 finalın ilk oyunu baş tutub.

Oxu.Az xəbər verir ki, Madriddə yerli “Atletiko” “Xetafe”ni qəbul edib.

Meydan sahibləri qonaqları darmadağın etməklə yarımfinala yüksəliblər – 5:0. Simeone dubla imza atıb.

Qeyd edək ki, digər cütlüklərdə yarımfinal uğrunda "Leqanes" – "Real Madrid", "Real Sosyedad" – "Osasuna", "Valensiya" – "Barselona" matçları baş tutacaq. Oyunlar 5-7 fevral tarixlərində oynanılacaq.