• 25 °C
|

İtaliya Kuboku: “Milan” “Roma”nı keçərək yarımfinala çıxdı

6 Fevral 2025
img

İtaliya Kubokunda 1/4 finalın ikinci görüşü baş tutub.

Oxu.Az xəbər verir ki, “Milan” doğma San-Siroda “Roma”nı qəbul edib.

"Rossonyerilər" "canavar"lardan üstün olublar – 3:1. Abraham dublla yadda qalıb.

Qeyd edək ki, "Milan"yarımfinalda "İnter" – "Latsio" cütünün qalibi ilə görüşəcək.

Xatırladaq ki, ötən gün baş tutan ilk 1/4 final oyununda "Atalanta" "Boloniya"ya minimal hesabla uduzaraq (0:1) yarışı tərk edib. Sonuncusu yarımfinalda "Yuventus" – "Empoli" cütünün qalibi ilə üz-üzə gələcək. Kubokun hazırkı sahibi də məhz "qoca sinyora"dır.