• 7 °C
|

İtaliya Superkuboku: “Milan” “Yuventus”u geridönüşlə məğlub etdi

4 Yanvar 2025
img

İtaliya Superkubokunda ikinci yarımfinal matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, Ər-Riyadda keçirilən turnirdə “Yuventus” “Milan”la üz-üzə gəlib.

Qarşılaşmada hesabı ilk hissədə "qoca sinyora" açsa da, ikinci hissədə "rossonyerilər" 2 ardıcıl qolla geridönüş etməyi bacarıblar – 1:2.

Bununla da, "Milan" Superkubokun finalına vəsiqə qazanaraq, bir gün öncə "Atalanta"nı məğlub edən (2:0) "İnter"ə rəqib olub.

Həlledici oyun yanvarın 6-da baş tutacaq.

03 yanvar, 09:03

Bu gün İtaliya Superkubokunun yarımfinalında "Yuventus" əzəli rəqibi "Milan"la qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi final mərhələsində "Atalanta"nı doğma meydanda 2:0 hesabı ilə məğlub edən "İnter"lə qarşılaşacaq.