• 7 °C
|

La Liqa: Madrid derbisində qalib müəyyənləşmədi

9 Fevral 2025
img

İspaniya La Liqasının 23-cü turunun mərkəzi oyunu baş tutub.

Oxu.Az xəbər verir ki, Madrid derbisində “Real” və “Atletiko” üz-üzə gəlib.

Görüşdə komandalar hərəyə 1 qol vurmaqla meydandan sülhlə ayrılıblar – 1:1.

"Atletiko"nun qolunun müəllifi Xulian Alvares, "Real"ın qolunun isə Kilian Mbappe olublar.

Hazırda turnir cədvəlinə 50 xalla "Real" başçılıq edir. Ondan bir xal geri qalan "Atletiko" isə 2-ci pillədədir.