• 10 °C
|

Los-Ancelesdə keçirilməli olan UFC döyüşləri təxirə salına bilər

13 Yanvar 2025
img

MMA üzrə Mütləq Döyüş Çempionatı (UFC) ABŞ-nin Los-Anceles şəhərində keçirilməyə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə UFC-nin baş direktoru Deyna Uayt açıqlamasında bildirib.

O, meşə yanğınları ilə bağlı vəziyyət pisləşəcəyi təqdirdə, "UFC 311"in Las-Veqasda təşkilini təklif edib:

"Yanğın daha da pisləşsə, biz Las-Veqasa gedəcəyik. Amma hələlik hər şey olduğu kimi qalır".

Turnirin yanvarın 19-na keçən gecə baş tutacağı gözlənilir.

Qeyd edək ki, yanvarın 4-dən ABŞ-də davam edən meşə yanğınlarında ən azı 24 nəfərin öldüyü bildirilib.