• 7 °C
|

Mahir Emreli imicini dəyişdi – Saçını ağa boyayıb

20 Yanvar 2025
img

Azərbaycan millisinin hücumçusu Mahir Emreli imicində dəyişiklik edib.

Oxu.Az xəbər verir ki, Almaniya 2-ci Bundesliqasının XVIII turunda “Nürnberq”in “Karlsrue” ilə qarşılaşdığı görüşdə meydana çıxan Mahir Emrelinin yeni saç stili medianın diqqətindən yayınmayıb.

İlk dəfə saçını ağ rəngə boyamış futbolçumuz 72-ci dəqiqədə Lukas Şlayma ilə əvəzlənib.

Qeyd edək ki, hazırda "Nürnberq" 25 xalla 11-ci pillədədir.