• 14 °C
|

“Qalatasaray”ın İlkay Gündoğana təklif edəcəyi müqavilə şərtləri bəlli oldu

24 Mart 2025
img

Türkiyənin "Qalatasaray" klubu İlkay Gündoğana iki illik müqavilə təklif edəcək.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, “sarı-qırmızılar” İlkay Gündoğanla ilkin danışıqları yekunlaşdırıblar.

Təcrübəli futbolçu "Qalatasaray" klubunda illik beş milyon avro qazanc əldə edəcək.

Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "Mançester Siti" forması ilə 39 oyunda meydana çıxıb, iki qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.