05 Fev 2025
Florentino Peres yenidən İspaniyanın "Real Madrid" futbol klubunun prezidenti seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə komandanın Mətbuat Xidməti məlumat yayıb.
Peres seçkidə yeganə namizəd olub. O, bu vəzifəni 2029-cu ilə qədər davam etdirəcək.
77 yaşlı Peres ilk dəfə 2000-ci ildə "Real"ın prezidenti olub.