• 4 °C
|

Ronaldu yeni ildə ilk qolunu vurdu, “Ən-Nəsr” geridönüş etdi

9 Yanvar 2025
img

Səudiyyə Ərəbistanı Pro Liqasında 14-cü turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, Ər-Riyadda yerli “Ən-Nəsr” “Əl-Ahdud”u qəbul edib.

Oyunda hesabı qonaqlar açsalar da, meydan sahibləri Manenin dublu və Ronaldunun dəqiq penalti zərbəsi ilə geridönüş edərək qələbə qazanıblar – 3:1.

Hazırda paytaxt klubu 28 xalla yarış cədvəlinin ilk üçlüyünü qapayır. "Əl-Ahdud" isə 12 xalla 14-cüdür.