• 8 °C
|

“Turan Tovuz” heyətini braziliyalı müdafiəçi ilə gücləndirdi

18 Yanvar 2025
img

"Turan Tovuz" braziliyalı müdafiəçinin transferini açıqlayıb.

Oxu.Az xəbər verir ki, qərb təmsilçisi 24 yaşlı Kauan Martins De Paulanı sıralarına cəlb edib.

Onunla altı ay + bir illik müqavilə bağlanılıb.

Kauan Martins De Paula son olaraq Şimali Makedoniyanın "Brera Strumitsa" klubunda forma geyinib. O, vətənində "Pirasikaba", "Mariliya" və "Qremio", Estoniyada isə "Narva-Trans"ın şərəfini qoruyub.