• 25 °C
|

Türkiyə Superliqası: “Beşiktaş” səfərdən 3 xalla qayıdır

8 Fevral 2025
img

Türkiyə Superliqasının 23-cü turunda "Beşiktaş" səfərdə "Sivasspor"un qonağı olub.

Oxu.Az xəbər verir ki, matçın taleyini 2 qol həll edib.

İstanbul klubunun yeni üzvü Emirhan Topçu komandada qol hesabını açıb. Joau Mariu isə penaltidən fərqi artırıb – 0:2.

Bu qələbədən sonra "qartallar" turnir cədvəlində 35 xalla ilk beşliyi qapayır. Sivas təmsilçisi isə 23 xalla 15-ci pillədə qərar tutub.