• 6 °C
|

Türkiyə Superliqası: “Fənərbağça” doğma meydanda qələbə qazandı

5 Yanvar 2025
img

Türkiyə Superliqasında XVIII turun növbəti oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, çempionluq mübarizəsi aparan “Fənərbağça” doğma meydanda “Hatayspor”la qarşılaşıb. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul təmsilçisinin heyətində hər iki qolu Yusuf En-Nesiri vurub. Qonaqlarda isə Bilal Boutobba fərqlənib.

Bu nəticədən sonra xallarını 39-a çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. Hatay klubu isə 9 xalla 18-ci yerdədir.