• 3 °C
|

UEFA Avropa Liqası: “Qarabağ” – FKSB ilə oyununda ikinci hissə başladı

23 Yanvar 2025
img

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" – FKSB (Rumıniya) oyununda ikinci hissə başlayıb.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü Filip Qlovanın başçılıq etdiyi slovakiyalı hakimlər briqadası idarə edir.

UEFA Avropa Liqası: "Qarabağ" – FKSB ilə oyununda ikinci hissə başladı

22:36

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" – FKSB (Rumıniya) oyununda ilk hissə başa çatıb.

Oxu.Az xəbər verir ki, tərəflər fasiləyə bərabərliklə yollanıblar – 2:2.

Rumıniya klubunun heyətində 45+4-cü dəqiqədə David Mikelesku bərabərlik qolunu vurub.

22:26

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" – FKSB (Rumıniya) oyununda növbəti qol vurulub.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb – 2:1.

41-ci dəqiqədə qonaqların heyətində Dava Coyskim avtoqol müəllifi olub.

21:54

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" – FKSB (Rumıniya) oyununda növbəti qol vurulub.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı bərabərləşdiriblər – 1:1.

7-ci dəqiqədə Adrian Şut fərqlənib.

21:52

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" – FKSB (Rumıniya) oyununda hesab açılıb.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçın 2-i dəqiqəsində Leandro Andrade Ağdam təmsilçisini hesabda irəli çıxarıb.

21:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ" Rumıniyanın FKSB klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü Filip Qlovanın başçılıq etdiyi slovakiyalı hakimlər briqadası idarə edir.

08:30

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ" doğma meydanda FKSB ilə üz-üzə gələcək.

Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü Filip Qlovanın başçılıq etdiyi slovakiyalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, aktivində üç xalı olan "Qarabağ" turnir cədvəlinin 33-cü pilləsində qərarlaşıb. FKSB 11 xalla 10-cudur.

23 yanvar

UEFA Avropa Liqası

VII tur

Saat 21:45, "Qarabağ" – FKSB.

UEFA Avropa Liqası: "Qarabağ" – FKSB ilə oyununda ikinci hissə başladı