UEFA Millətlər Liqasında pley-off və 1/4 final mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə 12 görüş keçirilib.
İştirakçı komandaları nəzərə alaraq, azarkeşlər arasında 1/4 final oyunları daha çox marağa səbəb olub.
İspaniya səfərdə Niderlandın qonağı olub. Komandalar sülhlə ayrılıblar – 2:2.
Xorvatiya öz meydanında Fransanı qəbul edib. Balkan komandası "xoruzlar"a şans verməyib – 2:0.
Danimarka – Portuqaliya matçının taleyini bir qol həll edib. Oyunun sonlarına yaxın fərqlənən meydan sahibləri minimal hesablı qələbə qazanıblar – 1:0.
İtalyanlar doğma azarkeşləri önündə almanlara uduzublar. İlk qolu meydan sahibləri vursalar da, qonaqlar geridönüş etməyi bacarıblar – 1:2.
Pley-off matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb.
20 mart
UEFA Millətlər Liqası
A/B pley-offu
Türkiyə – Macarıstan 3:1
Avstriya – Serbiya 1:1
Yunanıstan – Şotlandiya 0:1
Ukrayna – Belçika 3:1
B/C pley-offu
Ermənistan – Gürcüstan 0:3
Bolqarıstan – İrlandiya 1:2
Kosovo – İslandiya 2:1
Slovakiya – Sloveniya 0:0
Xatırladaq ki, cavab görüşləri mart ayının 23-də keçiriləcək.