• 14 °C
|

Vinisius klub sahibi oldu

17 Fevral 2025
img

"Real Madrid"in ulduz futbolçusu, braziliyalı Vinisius Junior, Portuqaliyanın 2-ci Liqa komandası olan "Alverika"nı satın alıb.

Oxu.Az “UOL”a istinadən xəbər verir ki, Vinisius bir qrup ispan və braziliyalı sponsorlarla birgə klubun 70-80%-lik payını alıb.

Portuqaliyanın "Alverka" klubu tarixində beş mövsümdür Portuqaliyanın 1-ci Liqasında çıxış edib və Braziliya futbolu ilə sıx əlaqələri var. Hazırda heyətində 15 braziliyalı futbolçunun yer aldığı "Alverka" 2-ci liqada ikinci pillədə qərarlaşıb və yuxarı liqaya yüksəlmək üçün mübarizə aparır.