• 20 °C
|

Xviça Kvaratsxeliya yeni klubuna qovuşdu

15 Yanvar 2025
img

Gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" klubundan Fransanın "Paris Sen-Jermen" klubuna keçib.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün “X” səhifəsində yazır.

Müqavilə beş il müddətinə olacaq. Transfer məbləği təxminən 70 milyon avrodur.

Qeyd edək ki, 23 yaşlı Kvaratsxeliya 2022-ci ildən "Napoli"də çıxış edir.