• 24 °C
|

ABŞ-ın 14 şirkəti Bakıda keçirilmiş Kosmik Texnologiyalar Konfransında iştirak edib

25 Aprel 2025
img

ABŞ-ın 14 şirkəti aprelin 24-25-də Bakıda keçirilmiş, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransında iştirak edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilir.

"ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara konfransda ölkəsinin şirkətlərinin nümayəndələri ilə görüşüb. ABŞ şirkətləri kosmik elmin, tədqiqatın və texnologiyanın inkişafında aparıcı rol oynayır", – deyə məlumatda qeyd olunub.