Daxili İşlər Nazirliyindən daxil olan vətəndaş şikayətləri əsasında pulların harada yerləşdiyi araşdırılır və zərurət yarandıqda həmin vəsaitlərin dondurulması üçün tədbirlər görülür.
"APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.
O bildirib ki, vətəndaşın şikayəti gəldikdə ilk növbədə pulların harada olduğunu müəyyən edirik. Məqsəd odur ki, qanunsuz əməliyyatlar aşkarlandıqda vəsaitlər dondurulsun.