
Novruz və Ramazan bayramları ərəfəsində Azercell əməkdaşlarının təşəbbüsü ilə ənənəvi xeyriyyə yarmarkası təşkil olunub. İki gün davam edən yarmarka çərçivəsində əməkdaşların hazırladıqları əl işləri — bəzək əşyaları, rəsm əsərləri, toxunma oyuncaqlar, eləcə də ev şəraitində hazırlanmış şirniyyatlar xeyriyyə məqsədilə satışa çıxarılıb. Yarmarkadan əldə olunan vəsait hesabına ölkənin müxtəlif bölgələrində yaşayan 200-dək aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb.
Ailələrin siyahısı yerli icra hakimiyyəti orqanları, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “Zəfər” İctimai Birliyi tərəfindən təqdim olunub.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Azercell Könüllüləri” mütəmadi olaraq xeyriyyə təşəbbüsləri həyata keçirməklə sosial həmrəyliyin gücləndirilməsinə töhfə verir.