• 17 °C
|

“Mercedes-Benz” avtomobillərini artıq insanabənzər robotlar yığır

22 Mart 2025
img

Avtomobil istehsalçısı "Mercedes-Benz" Berlin zavodunda ABŞ şirkəti "Applonik"in humanoid robotlarını sınaqdan keçirməyə başlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə carscoops.com xəbər verir.

Qeyd olunur ki, Apollo robotları daxili logistika üçün istifadə olunur. Onlar istehsal xəttinə hissələri daşıyır, burada işçilər onları avtomobillərə quraşdırır. Robotlar həmçinin komponentlərin keyfiyyətinin ilkin yoxlanışını aparmaq üçün istifadə edilə bilər.

Bundan əlavə, Apollo robotları özlərini enerji mənbəyinə qoşaraq müstəqil şəkildə doldurmaq qabiliyyətinə malikdirlər.